525.Az

Ronaldodan zədəsi ilə bağlı açıqlama


 

Ronaldodan zədəsi ilə bağlı açıqlama<b style="color:red"></b>

"Real"ın hücumçusu Kriştiano Ronaldo komandanın bugünkü məşqini yarımçıq tərk etməsinə münasibət bildirib.

Qol.az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, yüngül zədəsi olduğunu bildirən portuqaliyalı futbolçu iki gün sonra final matçına tam hazır olacağını deyib:

"Bugünkü məşqdə yüngül zədə aldım, amma iki gün sonra final matçına tam hazır olacam. Motivasiya ilə problem yoxdur, hər kəs final oyununa köklənib. Məqsədimiz turnirin qalibi olmaqdır. Finalda "Atletiko"ya qol vurmaq istəyirəm. Ancaq qol vurmasam da olar. Əsas komandanın qələbəsidir".

Qeyd edək ki, "Real" və "Atletiko" arasında final oyunu mayın 28-də, İtaliyanın Milan şəhərində keçiriləcək.

 





24.05.2016    çap et  çap et