525.Az

Sarkisyandan Bəşər Əsədə başsağlığı


 

Sarkisyandan Bəşər Əsədə başsağlığı <b style="color:red"></b> Ermənistan prezidenti Serj Sarkisyan Suriya prezidenti Bəşər Əsədə Tartus, Latakiya və digər yaşayış məntəqələrində çox sayda mülki şəxsin ölməsi ilə nəticələnən terror aktlarının törədilməsi ilə əlaqədar başsağlığı verib.
 
APA-nın "armenpress"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.
 
“Sizə və dost olan Suriya xalqına, ölənlərin yaxınlarına səmimi başsağlığımı çatdırır, yaxınlarına səbr, yaralılara sağalmalarını arzu edirəm”, - deyə məlumatda bildirilir.
 





25.05.2016    çap et  çap et