525.Az

"Azərbaycan iqtisadiyyatı həddən artıq dollarlaşıb"


 

"Azərbaycan iqtisadiyyatı həddən artıq dollarlaşıb"<b style="color:red"></b> Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabati hökumət rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkə iqtisadiyyatı və bank sektorundakı vəziyyəti müzakirə edib.
 
"APA-Economics" xəbər verir ki, bu barədə S. Çakrabati bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, bank sistemində dəyişiklik olmadan iqtisadi artımın sürətlənməsi mümkün deyil: "İqtisadiyyatda artım o zaman gözlənilə bilər ki, yerli bankların kredit ayırmaq imkanı olsun. Belə ki, ölkə iqtisadiyyatı həddən artıq dollarlaşıb və hamı bununla razılaşır. Buna görə, bankların manatla kreditləşməni bərpa etməsi üçün müvafiq mexanizm hazırlanmalıdır. Yaxşı olardı ki, milli valyutada istiqrazların buraxılması təmin edilsin. Azərbaycanda problemli kreditlərin həcmi artıb. Lakin bu proses yalnız Azərbaycan üçün xarakterik hal deyil, digər ölkələrdə də bu cür hal müşahidə olunur. Burada əsas məsələ kreditin ödənilməsi mədəniyyətinin formalaşmasıdır. Bu məsələ öz həllini tapmalıdır ki, banklar növbəti sərt addımlar atmasınlar".
 
EBRD prezidenti deyib ki, onun rəhbərlik etdiyi bank manatla istiqraz buraxa bilər: "Bu yalnız bir şərtlə baş tuta bilər ki, bunun üçün müvafiq şərait yaradılsın. Manatla istiqrazların buraxılması üçün tənzimləyici addımlar atılıb. EBRD digər ölkələrdə milli valyutada istiqrazlar buraxıb. Burada əsas məsələ bazarın buna hazır olmasıdır".
 
S. Çakrabati əlavə edib ki, EBRD Cənub Qaz Dəhlizi layihəsində iştirak etməkdə qərarlıdır.
 





25.05.2016    çap et  çap et