525.Az

SOCAR Almaniyanın "Uniper" şirkəti ilə birgə müəssisə yaradıb


 

SOCAR Almaniyanın "Uniper" şirkəti ilə birgə müəssisə yaradıb<b style="color:red"></b>

Bu gün Sumqayıtda SOCAR və Almaniyanın "Uniper" şirkəti arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin - "SOCAR-Uniper" MMC-nin yaradılması haqqında saziş imzalanıb.
 
"APA-Economics" xəbər verir ki, sazişə əsasən birgə müəssisədə SOCAR 51%-lik, "Uniper" isə 49%-lik paya sahib olacaqlar.

Bundan başqa yeni buxar turbogenerator qurğusunun tikintisi barədə ilkin layihə sazişi imzalanıb. Bildirilib ki, qurğunun inşası "Azərkimya" Birliyinin Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır.
 
Sazişləri SOCAR prezidenti Rövnəq Abdullayev və "Uniper" şirkətinin prezidenti Klaus Şehfer imzalayıblar.
 
R. Abdullayev bildirib ki, layihənin ümumi dəyəri 26. mln. avrodur: "Uniper" şirkəti ilkin kapital olaraq layihəyə 4 milyon avro yatıracaq. Ardınca biz "Bavariya" bankından 20 milyon avro cəlb edəcəyik. Kredit 15 illik müddətə veriləcək. Kredit üzrə faiz dərəcəsi 1% təşkil edir".

 





25.05.2016    çap et  çap et