525.Az

Şəkinin “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun xəritəsi təsdiqlənib


 

Şəkinin “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun xəritəsi təsdiqlənib<b style="color:red"></b> Nazirlər Kabineti “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun xəritəsinin təsdiq edilməsi haqqında qərar verib.
 
APA-nın məlumatına görə, qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.
 
Qərar imzalandığı gündən qüvvəyə minir.
 
Qeyd edək ki, bu qərar prezidentin “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” 2016-cı il 19 yanvar tarixli qərarına əsasən qəbul edilib. Şəki Xan sarayı da daxil olmaqla, “Yuxarı Baş” Dövlət Tarix Memarlıq qoruğu şəhərin ümumi ərazisinin üçdə birini təşkil edir.
 





25.05.2016    çap et  çap et