525.Az

Kasaresin “Morelin ixtirası” Azərbaycan dilində


 

Kasaresin “Morelin ixtirası” Azərbaycan dilində<b style="color:red"></b>

Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin birgə layihəsi olan Adolf Bio Kasaresin “Morelin ixtirası” kitabı nəşr olunub.

Mərkəzdən 525.az-a verilən məlumata görə, kitabın ispan dilindən Azərbaycan dilinə tərcüməsi və nəşri Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Tərcümələrə dəstək üzrə “Sur (Cənub)” Proqramı çərçivəsində həyata keçirilib.

Vaxtı ilə ispandilli ədəbiyyatın məcrasını məşhur Argentina yazıçısı X.L.Borxeslə bir, kökündən dəyişmiş Adolf Bio Kasares 1990-cı ildə Servantes Ədəbiyyat Mükafatına layiq görülüb. Yazıçının ədəbi irsi “Morelin ixtirası” romanı ilə Azərbaycan oxucusuna ilk dəfə

çatdırılır.

Əsər orijinaldan Azərbaycan dilinə Emin Ələsgərov tərəfindən tərcümə edilib.

Xatırladaq ki, bu layihəyə ötən ilin iyun ayında start verilmişdi.

Cavid QƏDİR

 





25.05.2016    çap et  çap et