525.Az

Xədicə İsmayılın azadlığa buraxılması barədə qərar qəbul edildi


 

Xədicə İsmayılın azadlığa buraxılması barədə qərar qəbul edildi<b style="color:red"></b> Ali Məhkəmədə jurnalist Xədicə İsmayıl barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
 
APA-nın məlumatına görə, prosesdə Xədicə İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.
 
Xatırladaq ki, X. İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayıl apellyasiya şikayəti verib.
 
Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib.
 





25.05.2016    çap et  çap et