525.Az

Abel Məhərrəmov qızıl medalla mükafatlandırıldı


 

Abel Məhərrəmov qızıl medalla mükafatlandırıldı<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin ümumi işlər üzrə prorektoru, dosent Vüqar Mehrabov Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının Gürcüstanın Tbilisi şəhərində keçirilən "Qlobal və regional müstəvidə universitetlərin dəyişən rolu" mövzusuna həsr olunmuş 12-ci konfransında iştirak edib.

BDU-dan verilən məlumata görə, Türkiyə, Gürcüstan, Yunanıstan, Rumıniya, Bolqarıstan, Ukrayna, Rusiya ali təhsil müəssisələri rəhbərlərinin iştirak etdiyi konfransda assosiasiyaya üzv universitetlərin əməkdaşlığının gücləndirilməsinin əsas prinsipləri və perspektivləri, cəmiyyətdə nanotexnologiya və innovasiyaların dəstəklənməsində birgə fəaliyyət və s. bağlı məsələlər müzakirə edilib.

Konfransda Albaniyanın Tirana Politexnik Universitetinin rektoru Yorqak Kaçani Bakı Dövlət Universitetinin rektoru, adıçəkilən universitetin fəxri doktoru, akademik Abel Məhərrəmovun "Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə" qızıl medalla təltif edildiyini diqqətə çatdırıb.

Vəfa MƏMMƏDLİ

 





25.05.2016    çap et  çap et