525.Az

Ali Neft Məktəbinin tələbələri qalib oldu


 

Ali Neft Məktəbinin tələbələri qalib oldu<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi, "Microsoft Azərbaycan" və "Nar Mobile" tərəfindən təşkil olunmuş "Microsoft Imagine Cup 2016" irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsində iştirak edərək qaliblər sırasında olublar.

BANM-dən verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının 2-ci kurs tələbəsi Baxşılı Əmiraslan və "Neft-qaz mühəndisliyi" ixtisasının 2-ci kurs tələbəsi Əlixanov Orxan "Oyunlar" nominasiyası üzrə ikinci yerin, eyni zamanda "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasında təhsil alan Rəhimli Rəhim, Ömərov Şamil, Kərimov Kərim, Abbasova Leyli "Sosial layihələr" nominasiyası üzrə ikinci yerin qalibləri olublar.

Qeyd edək ki, bu il müsabiqədə iştirak edən ali və peşə təhsili müəssisələrinin tələbələrindən ibarət 25 komanda üç nominasiya üzrə yarışıb. Onlardan 15-i milli seçim turunu və onlayn yarımfinalı uğurla keçərək milli finala vəsiqə qazanıb.
 
"Sosial layihələr", "İnnovasiya" və "Oyunlar" nominasiyaları üzrə ən yaxşıları olmuş üç komanda müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb ki, bu mərhələdə onlayn səsvermə təşkil olunacaq və bununla da komandalar müsabiqənin əsas mükafatı - layihələrin inkişafı üçün 50 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edib.

Vəfa MƏMMƏDLİ

 





25.05.2016    çap et  çap et