525.Az

Savçenko ilə dəyişdirilən rus hərbçilər Moskvaya çatıb


 

Savçenko ilə dəyişdirilən rus hərbçilər Moskvaya çatıb<b style="color:red"></b> Ukraynalı pilot Nadejda Savçenko ilə dəyişdirilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovu daşıyan Rusiya hökumətinə məxsus təyyarə Moskvaya enib.
 
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, “An-146” təyyarəsi yerli vaxtla saat 13.40-da Moskvadakı Vnukovo hava limanına eniş edib. Vəkil Valentin Rıbin hərbçilərin Ukrayna ərazisini tərk etdiklərini təsdiqləyib.
 
Qeyd edək ki, Y. Yerofeyev və A. Aleksandrov 2015-ci ilin mayında Ukraynanın Luqansk vilayəti ərazisində Ukrayna əsgərləri tərəfindən əsir götürülüb.
 





25.05.2016    çap et  çap et