525.Az

Gəncədə hərbi şəhərcikdə dəhşətli intihar


 

Gəncədə hərbi şəhərcikdə dəhşətli intihar<b style="color:red"></b> Gəncə şəhərində dəhşətli intihar hadisəsi baş verib.
 
Gəncə Hərbi Prokurorluğundan Lent.az-a verilən məlumata görə, bir neçə gün əvvəl 38 saylı hərbi şəhərcikdə 1990-cı il təvəllüdlü İsmayılova Ayşən Surxay qızı özünü yandırıb. 23 yaşlı qız şəhərciyin həyətində üstünə benzin tökərək özünə od vurub. A.İsmayılova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, bu gün ölüb.
 
Qeyd edək ki, intihar etmiş gənc qız bir müddət əvvəl hərbçi ilə ailə həyatı qurub və onlar hərbi şəhərcikdə məskunlaşıblar.
 
Faktla əlaqədar cinayət işi qaldırılıb, araşdırmalar aparılır.
 





19.02.2013    çap et  çap et