525.Az

Binəqədidə “Hərəyə bir bayraq verək” aksiyası


 

Binəqədidə “Hərəyə bir bayraq verək” aksiyası <b style="color:red"></b> Binəqədi rayon İcra Hakimiyyəti (RİH) və bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Hərəyə bir bayraq verək” aksiyası keçirilib.
 
RİH-dən APA-ya bildirilib ki, 28 May - Respublika Günü münasibətilə keçirilən aksiya zamanı Binəqədi rayonundakı 272 saylı körpələr evi-uşaq bağçasının sakinləri hərbi forma geyinərək rayon ərazisində yerləşən “Heydər” məscidi, Zərifə Əliyeva adına park, Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzi, A. Məmmədov parkı və 6-cı mikrorayonda qocalara, təqaüdçülərə, məktəblilərə, polis əməkdaşlarına, səhiyyə işçilərinə, müharibə və Qarabağ əlillərinə, milli qəhrəmanların ailə üzvlərinə, yol təmirində çalışan fəhlələrə, avtobus dayanacaqlarında duran sürücülərə, fiziki məhdud olan insanlara və öz həm yaşıdlarına Azərbaycan bayrağı təqdim ediblər.

Aksiya rayon sakinlərinin marağına səbəb olub.
 





25.05.2016    çap et  çap et