525.Az

Liberman İsrailin müdafiə naziri təyin olundu


 

Liberman İsrailin müdafiə naziri təyin olundu<b style="color:red"></b> İsrailin keçmiş xarici işlər naziri və “Bizim evimiz-İsrail” partiyasının rəhbəri Aviqdor Liberman ölkənin müdafiə naziri vəzifəsinə təyin olunub.
 
APA-nın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, qəzet müdafiə naziri vəzifəsinin verilməsinin A.Libermanın partiyasının hökumət koalisiyasına daxil olmaq üçün əsas şərtlərdən biri olduğunu yazıb.
 
Xatırladaq ki, bir müddət əvvəl baş nazir Benyamin Netanyahu Aviqdor Libermana müdafiə naziri postunu təklif etmişdi. Mayın 20-də isə İsrailin müdafiə naziri Moşe Yaalon istefa ərizəsini təqdim edib.
 





25.05.2016    çap et  çap et