525.Az

"Microsoft" 1850 işçini ixtisar edəcək


 

"Microsoft" 1850 işçini ixtisar edəcək<b style="color:red"></b> "Microsoft" korporasiyası 1 850 işçisini ixtisar edəcək.
 
"APA-Economics" xəbər verir ki, korporasiya smartfon istehsalı azaltmaq niyyətindədir.
 
İxtisarların əksəriyyəti korporasiyanın Finlandiyadakı bölməsində çalışanlara aid olacaq.
 
2014-cü ildə Finlandiyanın "Nokia" şirkətini alaraq mobil telefon bazarına çıxan korporasiyanın rəhbəri Satya Nadella bildirib ki, smartfon istehsalına yönəlmiş biznesi optimallaşdıracaq və Tamperdə yerləşən elmi-tədqiqat mərkəzini bağlayacaq: "Biz "Windows 10 Mobile" platformasını inkişaf etdirəcəyik və "Lumia" smartfonlarını dəstəkləyəcəyik".
 
Bununla belə, şirkət rəhbəri yeni smartfonların istehsalı ilə bağlı heç nə deməyib.
 





25.05.2016    çap et  çap et