525.Az

FHN Akademiyasında beynəlxalq videoseminar


 

FHN Akademiyasında beynəlxalq videoseminar <b style="color:red"></b>

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Təsərrüfat obyektlərinin yanğın təhlükəsizliyi” mövzusunda beynəlxalq videoseminar keçirilib.
 
FHN-in mətbuat xidmətibndən APA-ya verilən məlumata görə, seminarda Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Akademiyası, Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin Kokşetau Texniki İnstitutu, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Komanda Mühəndislik, həmçinin Yenidənhazırlıq və İxtisasartırma İnstitutlarının nümayəndələri iştirak ediblər.

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov videoseminar iştirakçılarını salamlayaraq belə beynəlxalq tədbirlərin artıq ənənəvi hal aldığını, mühəndis, müəllim və elmi kadrların hazırlanmasında mühüm rol oynadığını qeyd edib.
 
Videoseminarda 4-ü FHN Akademiyasının mütəxəssisləri tərəfindən olmaqla 8 elmi-texniki məruzə dinlənilib və verilən suallar cavablandırılıb.

 





25.05.2016    çap et  çap et