"Barselona"nın müdafiəçisi Xavyer Maskerano karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Qol.az-ın "sport.es"ə istinadən verdiyi məlumata görə, argentinalı futbolçunun yeni mövsümdən "Yuventus"da oynayacağı bildirilir.
Kataloniya təmsilçisi 31 yaşlı futbolçunu komandada saxlamaq istəyir. Klub rəhbərliyi bu məqsədlə Maskeranonun maaşını da artırmağa hazırdır. Lakin futbolçunun artıq Turin təmsilçisi ilə anlaşdığı və klubla 3 illik müqavilə imzalayacağı iddia olunur.
Qeyd edək ki, Maskerano 2010-cu ildə "Liverpul"dan "Barselona"ya transfer olunub.