525.Az

MHP-nin fövqəladə qurultayı nə vaxt keçiriləcək?


 

MHP-nin fövqəladə qurultayı nə vaxt keçiriləcək?<b style="color:red"></b> Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) fövqəladə qurultayı bu il iyulun 10-da keçiriləcək.
 
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə MHP sədri Dövlət Bağçalının bu gün yaydığı yazılı açıqlamada bildirilib.

Məhkəmənin qərarına hörmətlə yanaşdıqlarını bildirən D. Bağçalı qurultayın iyulun 10-da Ankara Arena İdman Salonunda keçiriləcəyini qeyd edib.

Qurultayda yenidən sədrliyə namizəd olacağını açıqlayan D. Bağçalı arzulayan hər kəsin partiya sədri postuna namizəd ola biləcəyini, demokratik şəkildə keçəcək qurultayın MHP-ni gücləndirəcəyini vurğulayıb.
 





25.05.2016    çap et  çap et