525.Az

"Qarabağ" yenə "qızıl dubl" etdi


 

"Qarabağ" yenə "qızıl dubl" etdi<b style="color:red"></b>

Bu gün Azərbaycan kubokunda final oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, həlledici görüşdə “Qarabağ” və “Neftçi” komandaları qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun əsas vaxtında hesab açılmadığından əlavə vaxta ehtiyac duyulub. Burada 119-cu dəqiqədə fərqlənən "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

Bununla da Ağdam təmsilçisi tarixində 5-ci dəfə kubokun sahibi olub,  3 dəfə isə (1993, 2015, 2016-cı illər)  "qızıl dubl" edib.

Qeyd edək ki, ötən mövsüm də finalda bu iki komanda qarşılaşmışdı. “Qarabağ” 3:1 hesabı ilə qalib gələrək “qızıl dubl” etmişdi.

25 may (çərşənbə)

Azərbaycan kuboku, final

20:00.“Qarabağ” – “Neftçi” - 1:0
Qol
: Migel Madera, 119 (1:0)
Qırmızı vərəqələr: Erik Ramos, 120+1 ("Neftçi"), Reynaldo, 120+3 ("Qarabağ")
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu

 





25.05.2016    çap et  çap et