525.Az

"The Business Year: Azerbaijan - 2016"nın xüsusi buraxılışı təqdim edildi


 

"The Business Year: Azerbaijan - 2016"nın xüsusi buraxılışı təqdim edildi<b style="color:red"></b> Bakıda “The Business Year” jurnalının “The Business Year: Azerbaijan - 2016” xüsusi buraxılışının təqdimat mərasim keçirilib.
 
“APA-Economics” xəbər verir ki, jurnalın baş redaktoru Betul Çakaloğlu deyib ki, jurnal artıq 6-cı sayını Azərbaycana həsr edir:
 
“Oxucularımız tərəfindən Azərbaycana maraq olduqca böyükdür. Budəfəki sayımızda rəsmi və qeyri-rəsmi dairələrin 160-a yaxın nümayəndəsinin fikirlərinə yer ayrılıb. Bilirsiniz ki, bu nəşrdə prezident İlham Əliyevin də müsahibəsi dərc edilib. Azərbaycandakı iqtisadi trendlər oxucularımız üçün çox maraqlıdır”.
 
Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, “The Business Year” jurnalı Azərbaycanın müxtəlif sahələrinin tarixi inkişafının yazılı salnaməsini tərtib edir:

“Bilirsiniz, siyasətçilərin işi tarixi yaratmaqdır, media təmsilçilərinin işi isə həmin yaradılmış tarixin salnaməsini yaratmaq və gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Bu anlamda “The Business Year” jurnalı xüsusi xidmət göstərdiyindən biz ona təşəkkür etməliyik.

Heydər Əliyev müasir Azərbaycanın təməlini qoyanda, onun müasir inkişafının konsepsiyasını, strategiyasını və inkişaf yollarını müəyyən edəndə əlbəttə bu günü görürdü.
 
Əminəm, o bilirdi ki, zaman gələcək dünyanın aparıcı iqtisadiyyat jurnalı olan “The Business Year” jurnalı Azərbaycana 6 nömrə həsr edəcək. Jurnalın hər bir nömrəsində həmin ilin bütün sahələri əhatə edən inkişaf salnaməsi yaradılıb.

2013-cü ildə Azərbaycan prezidenti İlham Əliyev dünyada ilin prezidenti seçilmişdi və “The Business Year” jurnalı tərəfindən bu mükafat təqdim edilmişdi. Bilirsiniz ki, 2012-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi və sülhün, tərəqqinin, dünyada dövlətlər arasında münasibətlərin inkişafına öz töhfəsini vermişdi. Azərbaycan dünyada beynəlxalq hüququn normalarının daha dolğun tətbiqi və beynəlxalq hüququn normalarının həyata keçirilməsdinə öz fəaliyyəti ilə xidmət göstərir”.
 
Ə. Həsənov əlavə edib ki, müxtəlif enerji, sosial, idman və s. irimiqyaslı layihəlıərin təşəbbüskarı olan İlham Əliyev jurnal tərəfindən "Dünyada İlin Adamı" mükafatına layiq görülüb.
 
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə qeyd edib ki, prezident İlham Əliyevin “Dünyadailin adamı” elan olunması Azərbaycanda gedən islahatlar, yenidənqurma, yeni baxış, müasirlik, tərəqqi prosesinə verilən bir qiymətdir.
 
Daha sonra müxtəlif sahələrdə fərqlənən rəsmi və biznes dairələri mükafatlandırılıb.
 





25.05.2016    çap et  çap et