525.Az

Venesuelada 4 ton kokain müsadirə edildi


 

Venesuelada 4 ton kokain müsadirə edildi<b style="color:red"></b> Venesuelada polis 4 ton kokain müsadirə edib və 10 nəfər narkotik alverçisini saxlayıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq əməliyyat ölkənin Taçira və Varqas ştatlarında həyata keçirilib.
 
Külli miqdarda narkotik maddənin Meksikanın “Los-Setas” narkokartelinə məxsus olduğu müəyyən edilib.
 
Qeyd edək ki, ilin əvvəlindən Venesuelada 24,4 ton müxtəlif narkotik maddə müsadirə edilib, 450-dək narkotik alverçisi saxlanılıb.
 





26.05.2016    çap et  çap et