525.Az

Bəzi yerlərdə sulu qar, qar yağacaq


 

Bəzi yerlərdə sulu qar, qar yağacaq<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında fevralın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yağış yağacağı, gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək.
 
verilən məlumata görə, havanın temperaturunun gecə 3-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında fevralın 20-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

 





19.02.2013    çap et  çap et