525.Az

Vəzifəli və hüquqi şəxslər barədə yeni maliyyə sanksiyaları nəzərdə tutulur


 

Vəzifəli və hüquqi şəxslər barədə yeni maliyyə sanksiyaları nəzərdə tutulur<b style="color:red"></b>

Azərbaycanda vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə inzibati sanksiyalar tətbiq olunacaq.

Bu barədə məsələ Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin mayın 25-də keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddədə də öz əksini tapıb.

Əlavəyə əsasən, vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsinə, eləcə də dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi pastiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə vəzifəli şəxslər xəbərdarlıq edilir və ya onlar 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Qeyd edək ki, vətəndaşların qəbulunun "Vətəndaşların müraciətləri haqqında" qanunun tələblərinə uyğun olaraq nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Məcəlləyə təklif edilən dəyişiklik müzakirələrdən sonra MM-in plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





26.05.2016    çap et  çap et