525.Az

Azərbaycanın 4 rayonuna yeni prokuror təyin olundu


 

Azərbaycanın 4 rayonuna yeni prokuror təyin olundu<b style="color:red"></b> Baş prokuror Zakir Qaralov Zərdab və Lerik rayonlarına yeni prokurorlar təyin edib.

Lent.az-ın məlumatına görə, Zərdab rayon prokuroru Bəhruz İbrahimov vəzifədən azad edilib. O Lerik rayonun prokuror təyin edilib. Zərdab rayonuna isə Şamaxı rayon Prokurorluğunun dövlət ittihamçısı Süleyman Süleymanov prokuror təyin edilib.
 
Bundan başqa Fəxrəddin Məmmədov Tovuza, Allahverdi Novruzov isə Şəmkirə ikinci müddətə prokuror təyin edilib.
 





19.02.2013    çap et  çap et