525.Az

BSU-da 28 May - Respublika Günü ilə bağlı tədbir


 

BSU-da 28 May - Respublika Günü ilə bağlı tədbir<b style="color:red"></b>

Mayın 26-da Bakı Slavyan Universitetində (BSU) 28 May - Respublika Günü ilə bağlı tədbir keçirilib.

Universitetdən 525.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev Xalq Cümhuriyyətinin tarixi, cumhuriyyətin mövcud olduğu 23 ay ərzində qəbul olunan mühüm qərarlardan söz açıb.

Müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycanı Cumhuriyyətinin dövlətçilik tariximizdə xüsusi yeri olduğunu bildirib.

Dağlıq Qarabağ münaqişəsi, düşmən ölkənin təxribatları barədə məlumat verən Asif Hacıyev Azərbaycan ordusunun qazandığı zəfərin respublikamızda aparılan, milli mənafelərə uyğun çoxşaxəli dövlətçilik siyasətinin nəticəsi oluğunu qeyd edib.
 
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın Qarabağda dalğalanacağını əminliklə vurğulayıb.

Tərbiyə işləri üzrə prorektor Aygül Hacıyeva, Beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı Əsgər Əhməd, BSU-nun magistrantı Cəmilə Nəsibova Azərbaycanın beynəlxalq aləmdə dinamik inkişafı barədə danışıblar.

Xalq Cumhuriyyətinin Azərbaycan tarixində qoyduğu izlər, Şərq aləminə gətirdiyi yeniliklərdən söz açan çıxışçılar müstəqilliyimizin əbədi olduğunu bildiriblər.

 





26.05.2016    çap et  çap et