525.Az

Ermənistan ordusunda qətl


 

Ermənistan ordusunda qətl <b style="color:red"></b> Mayın 25-də Ermənistan Silahlı Qüvvələrinə məxsus N saylı hərbi hissədə əsgər digər əsgər yoldaşını ölümcül bıçaqlayıb.
 
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, ilkin versiyaya əsasən əsgər Akop Gevorkyanla Q. Kosoqoblyan arasında mübahisə düşüb.
 
Q. Kosoqoblyan əsgər yoldaşına kəsici-deşici alətlə zərbə endirib. Yaralı əsgəri “Mehri” tibb məntəqəsinə çatdırmaq istəsələr də, o, yolda ölüb.
 
Faktla bağlı Ermənistan İstintaq Komitəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxs saxlanılıb.
 





26.05.2016    çap et  çap et