525.Az

İbrahimoviçdən "Mançester Yunayted" açıqlaması


 

İbrahimoviçdən "Mançester Yunayted" açıqlaması<b style="color:red"></b>

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, İbrahimoviç İngiltərə təmsilçisinə transfer oluna biləcəyini istisna etməyib:

"Hansı kluba keçəcəyimlə bağlı dəqiq açıqlama verə bilmərəm. İngiltərə klublarından təkliflər aldığımı deyirlər. "Mançester Yunayted"? Baxaq görək, hadisələr necə cərəyan edir. Hər şey ola bilər".

Qeyd edək ki, PSJ ilə müqaviləsi başa çatan İbrahimoviçin karyerasını harada davam etdirəcəyi məlum deyil.

 





26.05.2016    çap et  çap et