525.Az

AŞPA 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərə müşahidəçi göndərəcək


 

AŞPA 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərə müşahidəçi göndərəcək<b style="color:red"></b> AŞPA-nın Tallində keçirilən Büro iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərə müşahidəçilərin göndərilməsi ilə bağlı qərar qəbul edilib.
 
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Twitter" səhifəsində yazıb.
 
“Büro yekdilliklə Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçilərin göndərilməsi ilə bağlı təklifi qəbul edib”, - deyə o bildirib.
 
Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər 2016-cı ilin iyunun 18-nə təyin edilib.
 





26.05.2016    çap et  çap et