525.Az

Dünya transplantoloqları Bakıda toplanacaq


 

Dünya transplantoloqları Bakıda toplanacaq<b style="color:red"></b> Bakıda iyunun 1-3-də Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantasiya Dərnəyinin (TDTD) birgə iştirakı ilə orqan və toxumaların köçürülməsinin aktual problemlərinə həsr olunmuş II Beynəlxalq konqres keçiriləcək.
 
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, konqresdə ABŞ, İngiltərə, Avstraliya, Kanada, Livan, İordaniya, Misir, İran, Türkiyə və Orta Asiya dövlətlərindən, eləcə də Azərbaycan mütəxəssisləri də daxil olmaqla 500-ə qədər nümayəndənin iştirakı gözlənilir.
 
Dünya Transplantasiya Cəmiyətinin sədri professor Filipp OConelli ( Avstraliya) və digər alimlər də dəvətlilər arasındadır.

Konqresdə transplantalogiyanın müxtəlif problemlərinə həsr olunmuş çıxışlar dinləniləcək, plenar iclaslarda diskussiyalar aparılacaq, elmi-praktik seminarlar keçiriləcək.

Bu konqres Azərbaycanda orqan nəqlinin inkişafına böyük təkan verməklə, kadr və sosial-hüquqi qaydaların hazırlanmasında, orqan bağışlanması( meyit orqanlarının nəqli) sahəsində mühüm rol oynayacaq.
 
Qeyd edək ki, Türkiyə, Azərbaycan, Orta Asiya dövlətlərinin transplantoloqları, nefroloqları, cərrahlarının daxil olduğu TDTD 2014 –cü ildə Türkiyə Transplantasiya Cəmiyyətinin sədri, Başkent Universitetinin və klinikasının qurucusu və rəhbəri Mehmet Haberal tərəfindən yaradılıb. İlk konqres 2015-ci ildə Astana şəhərində 400-dən artıq nümayəndənin iştirakı ilə keçirilib.
 





27.05.2016    çap et  çap et