525.Az

Bayram günü hava necə olacaq?


 

Bayram günü hava necə olacaq?<b style="color:red"></b> Mayın 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, gündüz mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 16-18 dərəcə isti, gündüz 27-29 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
 





27.05.2016    çap et  çap et