525.Az

“Türkiyə ilə baş verənlər Azərbaycanla münasibətlərimizə təsir etmir”


 

“Türkiyə ilə baş verənlər Azərbaycanla münasibətlərimizə təsir etmir”<b style="color:red"></b> “Türkiyə-Rusiya münasibətləri ilə bağlı əsas məsələ odur ki, baş verənlər Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etmir”.
 
APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin suallarını cavablandırarkən deyib.
 
O bildirib ki, rəsmi Moskva Azərbaycanın bu məsələdə ölçülü siyasətini yüksək qiymətləndirir:
 
“Bizim əməkdaşlığımız sınağa davam gətirdi. Mənim Azərbaycanda yüksək vəzifəli həmsöhbətlərimdən biri dedi ki, biz Rusiya və Türkiyə arasında baş verənlərdən sizdən çox narahatlıq keçiririk. Düşünürəm ki, o şişirtməyib. Azərbaycan üçün nəinki iki yaxın ölkə arasında münaqişəni görmək emosional şəkildə ağrılıdır, həm də o düzgün praktik addımlar atmalıdır.
 
Tarixi oxuyanlar bilir ki, Rusiya-Türkiyə münasibətləri hər zaman mürəkkəb olub. Bir neçə müharibə baş verib.

Düzdür, sonradan biz həmişə barışmışıq. Ümid edirəm ki, bu, hazırkı vəziyyətdə də baş verəcək. Hər şey Türkiyə tərəfindən asılıdır. Onlar nə etməli olduqlarını bilirlər”.
 





27.05.2016    çap et  çap et