525.Az

Prezident Respublika Günü münasibətilə rəsmi qəbulda


 

Prezident Respublika Günü münasibətilə rəsmi qəbulda<b style="color:red"></b> “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
 
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
 
Dövlət başçısı tədbirdə nitq söyləyib.
 
Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.
 
Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib. Elm üzrə dövlət mükafatları Ramiz Məmmədov, Elbrus Əlizadə, Məhərrəm Həsənov və Zakir Eminova, ədəbiyyat üzrə mükafat isə Fikrət Qocaya təqdim olunub.
 





27.05.2016    çap et  çap et