525.Az

"Moskva Azərbaycanla Ermənistanın əleyhinə və ya əksinə dostluq etmir"


 

"Moskva Azərbaycanla Ermənistanın əleyhinə və ya əksinə dostluq etmir"<b style="color:red"></b> “Rusiyanın Azərbaycan və Ermənistanla münasibətləri tarixən fərqli şəkildə inkişaf edib”.
 

APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin rusların azərbaycanlıları deyil, erməniləri dəstəkləməsi  ilə bağlı suallarını cavablandırarkən deyib.
 
O bildirib ki,  bu məsələdə etnik, dini və mədəni faktorlar var:

“Siyasət və iqtisadiyyat böyük əhəmiyyət daşıyır. Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqi olmaq qərarını verdi və bizim ölkə ilə dərin iqtisadi inteqrasiyaya daxil oldu. Azərbaycan isə hərbi-siyasi və iqtisadi öhdəlik olmadan əməkdaşlıq yolunu seçdi. Biz hər iki seçimə hörmətlə yanaşırıq. Biz bu ölkələri qarşı-qarşıya qoymuruq”.
 
Səfir qeyd edib ki, Moskva Azərbaycanla Ermənistanın əleyhinə və ya əksinə dostluq etmir.

“Bu, həm də hər iki ölkənin Rusiyadakı diasporuna aiddir.
 
İstəmirik ki, Rusiya azərbaycanlı və ermənilərin hansısa incikliklərini aydınlaşdıracağı yerə çevrilsin. Bizim bütün dövlət siyasətimiz buna yönəlib. Ancaq nə zamansa deyəndə ki, Rusiyada ermənilərə nisbətən azərbaycanlılara qarşı pis davranırlar, bu, emosiyadır. Ümid edirəm ki, bunların hamısı keçəcək.
 
Digər məsələ isə odur ki, mən dəfələrlə demişəm ki, Rusiyada Azərbaycan haqqında daha çox bilməlidirlər. Bu proses gedir. Öz işimdə rusiyalıların sizin ölkəyə marağının, Azərbaycana gəlmək və buranı öz gözləri ilə görmək istəyinin artdığını hiss edirəm. Lakin həm siz, həm də biz daha çox iş görməliyik”.
 





27.05.2016    çap et  çap et