525.Az

Bakı-Quba-Rusiya yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır


 

Bakı-Quba-Rusiya yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır<b style="color:red"></b> Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi may ayının 30-dan bağlanacaq.
 
“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir hərəkət istiqaməti üzrə (Bakı şəhəri istiqaməti) tətbiq olunacaq.
 
Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) nəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.
 





27.05.2016    çap et  çap et