525.Az

FİFA-dan Türkiyə millisinə qələbə


 

FİFA-dan Türkiyə millisinə qələbə<b style="color:red"></b>

FİFA ötən il Türkiyə və Yunanıstan yığmaları arasında keçirilən yoldaşlıq oyunu ilə bağlı qərarını açıqlayıb.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ali futbol qurumu Yunanıstan millisinə texniki məğlubiyyət verib - 0:3.

Buna Yunanıstanın heyətində çıxış edən Apostolos Qiannounun daha öncə Avstraliyanın U-21 yığmasında digər bir rəsmi turnirdə iştirak etməsi səbəb olub.

Üstəlik futbolçunun milli komandasını dəyişməsi barədə Yunanıstan Futbol Federasiyası tərəfindən FİFa-ya heç bir məlumat verilməyib. Bu səbəbdən FİFA yunanlara texniki məğlubiyyət verməklə yanaşı, federasiyanı 4 min İsveçrə frankı məbləğində cərimələyib.

Qeyd edək ki, ötən ilin noyabr ayında Türkiyədə keçirilən oyun 0:0 hesabı ilə başa çatıb.

 





27.05.2016    çap et  çap et