525.Az

Saday Şəkərli barəsində olan hökmdən apellyasiya şikayəti verildi


 

Saday Şəkərli barəsində olan hökmdən apellyasiya şikayəti verildi<b style="color:red"></b> Şair Saday Şəkərli barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
 
Bu barədə APA-ya məlumat verən vəkil Bəhruz Bayramov bildirib ki, şikayət ərizəsi məhkəməyə göndərilib. Şikayətdə S. Şəkərliyə bəraət verilməsi istənilib. Şikayətə yaxın günlərdə baxılacaq.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
 
S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
 





27.05.2016    çap et  çap et