525.Az

"TAP reallaşdığı halda belə, Rusiya qazına ehtiyacı var"


 

"TAP reallaşdığı halda belə, Rusiya qazına ehtiyacı var"<b style="color:red"></b> "TAP layihəsi Cənubi Avropaya nəql olunan Rusiya qazı ilə rəqabət apara bilməz".

"APA-Economics" "Rossiyskaya qazeta" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
 
"TAP-la Avropaya nəql olunacaq qazın həcmi o qədər böyük deyil. Hazırda söhbət 10 milyard kubmetr qazdan gedir, özü də bu həcm Avropaya 2019-cu ildə çatacaq. Buna görə, avropalı istehlakçılara daha böyük həcmdə qaz lazımdır", - deyə nazir qeyd edib.
 
A. Novak qeyd edib ki, TAP layihəsi reallaşdığı halda belə, Yunanıstan və İtaliyanın Rusiya qazına ehtiyacı var.
 





27.05.2016    çap et  çap et