525.Az

Payız havası davam edəcək


 

Payız havası davam edəcək

Azərbaycan ərazisində sentyabrın 26-si və 27-də payız havası davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın tutulub açılacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

 





25.09.2012    çap et  çap et