525.Az

Məşhur milyarder intihar etdi


 

Məşhur milyarder intihar etdi<b style="color:red"></b>

"Metro" Şirkətlər Qrupunun qurucusu Otto Beysheym intihar edib.

"Associated Press" Agentliyinin xəbərinə görə, 89 yaşlı milyarder evində ölü tapılıb. Beysheymin uzun müddətdir xəstə olduğu və artıq sağalmaq ümidini itirdiyi üçün intihar etdiyi bildirilib.

Beysheym 2009-cu ildə şirkətdəki hissələrinin 18,5 faizdən 10 faizə düşürüb. Əsası 1964-cü ildə Almaniyada Beysheym tərəfindən qoyulan "Metro Group" 1990-cı ildən bəri Türkiyədə də fəaliyyət göstərir və 27 mağazası var.

"Forbes"in açıqladığı siyahıya görə, Beysheym dünyanın ən zəngin 344-cü, Almaniyanın isə 22-ci milyarderi idi.

 





19.02.2013    çap et  çap et