525.Az

Türkiyə Gürcüstana yeni avtobuslar hədiyyə edib


 

Türkiyə Gürcüstana yeni avtobuslar hədiyyə edib<b style="color:red"></b> Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və İstanbul Böyük Şəhər Bələdiyyəsi rəhbərliyinin təşkilatçılığı ilə Gürcüstan paytaxtına 5 ədəd avtobus gətirilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, paytaxt Tiflisə gətirilən avtobuslar hədiyyə olaraq Tiflis Şəhər Meriyası rəhbərliyinə təqdim edilib.
 
Gürcüstan paytaxtındakı Avropa Meydanında təşkil olunan təqdimetmə tədbirində Türkiyə-Gürcüstan Parlamentlərarası Dostluq Qrupu rəhbərinin köməkçisi Hüseyn Şahin, Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü, İETT baş müdiri Mürmin Kahveci, Tiflis Şəhər Meriyasının rəhbəri David Narimaniya və TİKA-nın Tiflis koordinatoru Mustafa Qorxmaz iştirak edib.
 





28.05.2016    çap et  çap et