525.Az

Baş Prokurorluq dələduz direktorla bağlı məlumat yaydı


 

Baş Prokurorluq dələduz direktorla bağlı məlumat yaydı<b style="color:red"></b>

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla «Afina» Məhdud Məsuliyyətli Cəmiyyətin tikinti işləri üzrə direktor vəzifəsində işləmiş Süleymanov Qüvvətəli Hacıbaba oğlunun həmin vəzifədən çıxdıqdan sonra tanışı Xəlilov Rauf Nizami oğlu ilə qabaqcadan razılaşmaqla dələduzluq yolu ilə vətəndaş Verdiyev Qəmbər Yusif oğlunun külli miqdarda pulunu ələ keçirmələri faktları aşkar edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Q.Süleymanov tanışı R.Xəlilovla əlbir olaraq cəmiyyətin Bakı şəhərində inşa etdiyi yaşayış binasından mənzil almaq istəyən Q.Verdiyevin etibarından sui-istifadə edərək sahəsi 217 kvadratmetr olan 4 otaqlı mənzil üçün 325 min 500 manata satılması barədə saxta müqavilə bağlayıb pulun qəbul edilməsi barədə saxta maliyyə arayışı yazıb təqdim etməklə sonuncunun külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 





19.02.2013    çap et  çap et