525.Az

Yazarlarla balaca oxucuların “İmzalı görüş”ü


 

Yazarlarla balaca oxucuların “İmzalı görüş”ü<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi layihələrdən biri də “İmzalı görüş”dür. 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yazar Sevinc Nuruqızı ilə balaca oxucuların “İmzalı görüş”ü keçirilib.

Əvvəlcə kitabxananın müdiri Şəhla Qəmbərova tədbir iştirakçılarını salamlayıb, onlara kitabxananın tarixi, uşaq ədəbiyyatı ilə bağlı ətraflı məlumat verib, S.Nuruqızının yaradıcılığı haqqında danışıb.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova Fondun balacalarla birgə həyata keçirdiyi layihələrdən söz açıb, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “İmzalı görüş”ün  məhz bu kitabxanada keçirilməsinin önəmini vurğulayıb.

Məktəbliləri daim mütaliəyə, dünya görüşlərinin inkişafı üçün öz üzərlərində çalışmağa çağıran Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı uşaq ədəbiyyatının onların sonrakı inkişafında, ədəbi zövqünün cilalanmasında roluna toxunub.

Sonra Sevinc Nuruqızı balaca oxucuları ilə baş-başa buraxılıb.

Balacalara öz nağıllarını, şeirlərini oxuyan yazar, uşaqlara xarici uşaq ədəbiyyatı barədə də maraqlı məlumatlar verib. Oxucular S.Nuruqızına nağıllar, uşaq yazarları və uşaq ədəbiyyatı barədə müxtəlif suallar veriblər.

Sonda Bilik Fondu S.Nuruqızının imzalı kitablarını balaca kitabsevərlərə hədiyyə edib.

 





28.05.2016    çap et  çap et