525.Az

BP-nin vitse prezidenti Ali Neft Məktəbində


 

BP-nin vitse prezidenti Ali Neft Məktəbində <b style="color:red"></b>

BP şirkətinin İnsan Resursları üzrə vitse prezidenti Helmut Şuster Bakıya səfəri çərçivəsində Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən verilən məlumata görə, o, Ali Neft Məktəbinin rəhbərliyi və tələbələri ilə görüş keçirib.

BANM-in rektoru Elmar Qasımov ona Ali Neft Məktəbi haqqında məlumat verib. Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsinin artıq ölkədə ən nüfuzlu ali təhsil ocağına çevrildiyini qonağın diqqətinə çatdırıb.
 
E.Qasımov BANM-də neft-qaz, avtomatika və kimya sənayesi üzrə ingilisdilli, peşəkar mütəxəssislər hazırlandığını nəzərə çatdırıb. Rektor prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməlyik” şüarının artıq təsdiqini tapdığını bildirib.
 
SOCAR-ın ən uğurlu sosial layihələrindən biri olan Ali Neft Məktəbinin yaradılmasının əsasında peşəkar mütəxəssis kimi yetişərək gələcəkdə ölkəmizi məhz xarici şirkətlərdə təmsil edə biləcək və SOCAR-ın beynəlxalq layihələrində, o cümlədən, BP şirkəti kimi beynəlxalq şirkətlərdə çalışacaq kadrların hazırlanması olduğunu deyib. BP şirkəti ilə Ali Neft Məktəbinin geniş əməkdaşlıq əlaqələrindən söz açan rektor bu ali təhsil ocağının tələbələrinin hər il BP-də istehsalat təcrübəsinə cəlb olunduqlarını vurğulayıb.

O bildirib ki, BANM-də elmin və təcrübənin vəhdətində verilən yüksək biliklər tələbələrə gələcəkdə istər yerli, istərsə də beynəlxalq şirkətlərdə öz karyeralarını qurmağa, əmək bazarındakı rəqabətdə önə çıxmağa stimul verir. 

BP-nin vitse prezidenti, insan resursları üzrə qrupunun direktoru Helmut Şuster Ali bildirib ki, Azərbaycana səfərinin məqsədi yerli BP komandası ilə görüşmək və regionda İnsan resurslarının fəaliyyəti ilə yaxından tanış olmaqdır.

İnsan resurslarının istənilən müəssisə və şirkət üçün əhəmiyyətli olduğunu vurğulayaraq, milliləşdirilmə ilə bağlı mühüm layihələrdən biri “BP-in mütəxəssislərinin Bakı Ali Neft Məktəbinə dəstək layihəsi”ndən söz açan qonaq BP-nin milliləşdirmə strategiyası çərçivəsində dövlət qarşısında götürdüyü mühüm öhdəliyin tərkib hissəsi kimi BP AGT və BANM arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyinə və mühəndislik sahəsində milli tələbələrin inkişafı baxımından çox uğurlu olduğuna əminlik ifadə edib. Helmut Şuster tələbələrin suallarını cavablandırıb və o, verilən suallardan Ali Neft Məktəbinin tələbələrinin yüksək bilik və bacarıqlara malik olduğunu müşahidə etdiyini deyib.

Tədbirin sonunda Elmar Qasımov ona “Fəxri qonaq” diplomunu təqdim edib.

Vəfa MƏMMƏDLİ

 





28.05.2016    çap et  çap et