525.Az

Avropanın ən güclüsü "Real" oldu


 

Avropanın ən güclüsü "Real" oldu<b style="color:red"></b>

Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulub.

Qol.az-ın məlumatına görə, dünən qitənin ən nüfuzlu klub turnirinin qalibi bəlli olub.

Həlledici oyunda İspaniyanın paytaxtı Madrid şəhərinin iki komandası  - “Real” və “Atletiko” üz-üzə gəlib.

İspaniya La Liqasında mövsümü ikinci və üçüncü pillədə başa vuran bu komandaların oyunu maraqla gözlənilirdi.

"San Siro"da keçirilən Madrid derbisinin əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən penaltilər seriyasıan ehtiyac duyulub. Burda daha dəqiq olan "Real" 11-ci dəfə ÇL-in qalibi olub.

Qeyd edək ki, sonuncu dəfə iki il əvvəl Çempionlar Liqasının qalibi olan “Real” finalda məhz “Atletiko”ya qalib gəlmişdi.

28 may

Çempionlar Liqası, final
 
22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) - 1:1 (penaltilər seriyası - 5:3)

"Real": + + + + +

"Atletiko": + + + -

Qol: Serxio Ramos, 15 (1:0), Karrasko, 79 (1:1)
Baş hakim: Mark Klattenburq
Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Milan. “San Siro” stadionu

 





29.05.2016    çap et  çap et