525.Az

PSJ İbrahimoviçə əvəzləyici tapdı


 

PSJ İbrahimoviçə əvəzləyici tapdı<b style="color:red"></b>

PSJ komandadan ayrılan Zlatan İbrahimoviçə əvəzləyici tapıb.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Paris təmsilçisi "Bavariya"nın forvardı Robert Levandovskiyə "elçi" düşüb.

İngiltərə mətbuatı polşalı futbolçunun menecerinin artıq PSJ rəhbərliyi ilə görüşdüyünü iddia edir. Lakin Münhen təmsilçisinin klubla 2019-cu ilə qədər müqaviləsi olan Levandovskini satmaq istəmədiyi bildirilir. 27 yaşlı futbolçunun növbəti mövsümdən hansı klubda çıxış edəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, 2014-cü ildə Dortmund "Borussiya"sından transfer olunan Levandoski "Bavariya"da keçirdiyi 63 oyunda 47 qol vurub.

 





29.05.2016    çap et  çap et