525.Az

Ronaldo: "Yuxumda gördüm ki..."


 

Ronaldo: "Yuxumda gördüm ki..."<b style="color:red"></b>

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında "Atletiko" ilə final oyunundan sonra maraqlı fikirlər səsləndirib.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu final matçında həlledici zərbəni vuracağını yuxusunda gördüyünü bildirib:

"Çox gözəl bir qələbə qazandıq. Yuxumda gördüm ki, son qolu vururam və qalib gəlirik. Ona görə də Zidandan penaltini beşinci vurmağımı istədim. Nəticədə yuxum gerçək oldu. Zidan bu uğura layiq idi. Onun adına sevindim".

Qeyd edək ki, "Real" məhz Ronaldonun dəqiq zərbəsi ilə "Atletiko"ya penaltilər seriyasında 5:3 hesabı ilə qalib gələrək Çempionlar Liqasının kubokunu qazanıb.

 





29.05.2016    çap et  çap et