525.Az

İmperiyalar və onların süquta sürüklənməsi


 

Proloq

İmperiyalar və onların süquta sürüklənməsi  <b style="color:red"></b>

(Əvvəli ötən şənbə saylarımızda) 

15. Asiyadakı və digər ərazilərdəki imperializm  

Baxmayaraq ki, Asiya XVI əsrdən başlayaraq Qərbin təsirinə açıq olsa da, onun nəhəng ərazisinin çox hissəsi heç də Avropanın nəzarəti altına düşmədi. Hollandlar Şərqi Hindistanda, ispanlar Filippində yerləşdilər. Fransızlar və portuqaliyalılar Hindistan sahillərində özlərinə ticarət postları qurdular. Çin, Yaponiya, Koreya və Cənubi-şərqi Asiya əsasən qərbliləri özlərindən uzaqda saxlamaqla çalışırdılar. Britaniyalılar və ruslar, ancaq əksər Asiya ərazisini ələ keçirdilər.

Kapitan Ceyms Kuk 1768-ci və 1771-ci illər arasında Avstraliyanı tədqiq edəndən sonra ingilislər Şərqə fəal maraq göstərməyə başladılar. Avstraliyada torpağın qoyunları otarmaq üçün yararlı olması və burada qızılın kəşf edilməsi buna aparıb çıxardı ki, Avropadan gələn sakinlər yerli əhalinin çoxunu öldürdülər. 1850-ci ildə Britaniya hökuməti müxtəlif Avstraliya koloniyalarına icazə verdi ki, faktiki olaraq tam özünü idarə etmə tətbiq etsinlər və əlli il sonra bütün koloniyalar Avstraliya dövlətində birləşdilər. Yeni Zelandiyanın yaxınlığında olmaqla, 1840-cı ildə Britaniya onu müstəmləkə elan etmişdi, 1907-ci ildə isə bu dövlət dominyon statusunu aldı.

Britaniya Şərqi İndiya Kompaniyası Hindistanın əksər hissəsini tabe edilməsinə məsuliyyət daşıyırdı. Ancaq 1858-ci ildə sipahilərin və ya Şərqi İndiya Kompaniyasının hindli qoşunlarının qiyamını darmadağın etdikdən sonra Britaniya parlamenti Kompaniyanın qüvvələrinin Londondakı hökumətin birbaşa tabeliyinə keçirdi. 1876-cı ildə Hindistan imperatriçəsi titulu kraliça Viktoriyaya hədiyyə verildi. Hindlilər bu vaxt artıq kraliça-imperatriçənin müstəmləkə təbəələrinə çevrildilər. Sonralar Uinston Çörçill Britaniya imperializminə haqq qazandırmaq üçün gülünc qaydada Hindistanın ölkə deyil, sadəcə ərazi olduğunu iddia etmişdi.

Rusiyanın Asiyadakı ekspansiyası onun ənənəvi ərazi genişləndirməsinin məntiqi davamı idi. Rusiya tədqiqatçıları Sibirin boş məkanına XVII əsrdə daxil olmuşdular və 1637-ci ildə Sakit okean sahillərinə gəlib çıxmışdılar. XVIII əsrdə ruslar Alyaskaya iddia irəli sürdülər, onu yalnız 1867-ci ildə Birləşmiş Ştatlara satdılar. Tədricən Rusiya məskunları Sibirin soyuq və örtülü içərilərinə köçdülər. Bütövlükdə 7 milyon nəfər rus məskunları 1800-cü və 1914-cü illər arasında Sibirdə yerləşdilər, həmin vaxtdan Sibirin əhalisi 90 faizi asiyalı deyil, slavyan idi.

Ruslar həmçinin cənuba köçürdülər, onları isti iqlim və Osmanlı imperiyasının xırda hissələrə parçalanması cəzb edirdi. 1830-cu ildən rusiyalılar Qara dənizin bütöv şimal sahili üzərində nəzarət qurdular və sonra Trans-Xəzərdə və Türküstanda qalmaqla, Mərkəzi Asiyaya təzyiq göstərməyə başladılar. Bu irəliləmələr, rusları Persiya və Əfqanıstan sərhədlərinə gətirdi, orada Britaniya həmçinin öz maraqlarına malik idi, çünki Hindistanda öz mülkiyyətlərini himayə etməyə çalışırdı. 1907-ci ildə ruslar və britaniyalılar Əfqanıstanı Rusiya Türküstanı ilə Britaniya Hindistanı arasında bufer dövlətə çevirmək və Persiyanı iki təsir zonasına bölmək barədə razılaşdılar. Britaniyalıların cənuba tərəf ekspansiyası ruslar tərəfindən onlara nifrət bəslənmələrinə səbəb olmaqla, axırıncılar Asiyanın cənubuna doğru hərəkət etdilər. Ruslar Mancuriyanı işğal etdilər və Koreyanın içərilərinə girməyə cəhd etdikdə, bu yeni imperialist dövlət olan Yaponiya ilə Rusiyanı müharibəyə cəlb etdi. 1905-ci ildə rus-yapon müharibəsində uduzduqdan sonra ruslar Koreya üzərində Yaponiyanın protektoratı ilə razılaşdılar və onların Asiya ekspansiyası müvəqqəti fasilə verməli oldu.

1880-ci ildən sonra imperializmin irəliləməsi qərbliləri Asiyanın yeni zonalarına hərəkət etməyə aparıb çıxardı, buna qədər isə onlar əsasən Qərb təsirində azad idilər. Çin imperiyasının Mancu sülaləsi tənəzzül əlamətlərini göstərirdi. 1842-ci ildə Britaniya müharibə vasitəsilə Honkonq adasına və bir sıra Çin şəhərlərində ticarət aparmaq hüququna yiyələndi. Digər Qərb millətləri tezliklə oxşar ticarət imtiyazları əldə etməyə atıldılar. Əcnəbilərin müdaxiləsinə çinlilərin müqavimət göstərməyə cəhd etməsi hərbi məğlubiyyətlərə və yeni tələblərə aparıb çıxardı. Yalnız böyük dövlətlərin özlərinin arasındakı rəqabət Çin imperiyasının bütünlüklə parçalanmasının qarşısını aldı. Bunun əvəzində Britaniya, Fransa, Almaniya, Rusiya, Birləşmiş Ştatlar və Yaponiya özlərinin təsir zonalarını yaratdılar və Çinin ərazisini uzun müddətə icarəyə götürdülər. 1899-cu ildə ABŞ Dövlət katibi Con Heyin təkidli təklifi nəticəsində onların “açıq qapı” siyasəti ilə razılaşmalarına nail olundu. Buna görə, heç bir ölkə digər ölkələrin təsir sferalarında başqa ölkələrin kommersiyasını məhdudlaşdırmayacaqdı.

Yaponiya 1853-1854-cü illərə kimi Qərbin ölkəyə daxil olmasından qaça bilmişdi, həmin dövrdə amerikan hərbi dəniz qüvvələri kommondor Metyu Perrinin başçılığı altında yaponları məcbur etdi ki, Birləşmiş Ştatlara ticarət aparmağa başlasın və həm də ona diplomatik imtiyazlar versin. Ancaq Yaponiya Çinin taleyini yaşamaqdan yaxasını qurtara bildi. Koreya da həmçinin əsasən qərbliləri özündən kənarda saxlayırdı. Yaponların ruslar üzərindəki qələbəsindən sonra, 1910-cu ildə Yaponiya Koreyanı rəsmən anneksiya etdi.

Cənubi-şərqi Asiyada Britaniya Birma (indiki Myanma) və Malay dövlətləri üzərində nəzarət əldə etdi, Fransa isə Hind-Çinin tabe edilməsində fəal rol oynadı. Sayqon şəhəri 1888-ci ildə işğal edildi, 1880-ci illərdə fransızlar öz himayələrini Kamboca, Annam, Tonkin və Laos üzərinə yaydılar və onlardan Fransız Hind-Çin Birliyi təşkil etdilər. Yalnız Siam (Tailand) Britaniya-Fransa rəqabətinə görə bufer dövlət kimi azad qaldı.

Sakit okean adaları həmçinin böyük dövlətlərin rəqabətinin səhnəsi idi və Birləşmiş Ştatların imperialist səhnəsinə çıxmasının şahidi oldu. Samoa adaları Amerikanın ilk mühüm müstəmləkəsi oldu. Sonra Havay adaları onun tabeliyinə keçdi. Amerika Pyorl Harlboru 1887-ci ildə hərbi-dəniz bazası etdikdən sonra tezliklə amerikan məskunları adalardakı şəkər sənayesinə nəzarəti ələ keçirdilər. Havayın yerli əhalisi öz hakimiyyətlərini bərpa etməyə cəhd etdikdə, Birləşmiş Ştatların hərbi dənizçiləri amerikanların həyatını “himayə etməyə” girişdilər. 1898-ci ildə Havay adaları Birləşmiş Ştatlara anneksiya edildi. Amerikanların millətçilik hissləri ispan-amerikan müharibəsinə səbəb oldu.

Amerikanın İspaniyanı məğlub etməsi amerikanları Puerto-Riko, Quam və Filippin adaları hesabına öz imperiyalarını genişləndirməyə həvəsləndirdi. Baxmayaraq ki, filippinlilər müstəqilliyə ümid bəsləyirdilər, amerikanlar bunu onlara verməkdən imtina etdilər.

Prezident Uilyam Makkinlinin dediyi kimi, Birləşmiş Ştatlar “filippinliləri tərbiyə etmək və onları xristianlaşmağa yüksəltmək barədəki bir borca malik idi”. Bu bəyanatın qəribəliyi onda idi ki, filippinlilərin əksəriyyəti artıq bir neçə əsr ərzində Roma katolikləri idi, ABŞ prezidenti isə onları guya yenidən xristianlaşdırmaq istəyirdi. Filippinliləri sakitləşdirmək və onların üzərində amerikan nəzarətini qurmaq üçün üç il və 60 minlik qoşun lazım oldu.  

16. İmperializmə xalqların cavabı  

Avropalılar öz mədəniyyətlərini, aşağı saydıqları xalqa təlqin etdikləri halda, işğal edilmiş həmin xalqlar buna nə cavab verməlidir? Əcnəbiləri qovmaq cəhdləri ilk dövrlərdə qərblilərin əli ilə viranedici məğlubiyyətlərə səbəb oldu, onların sənaye texnologiyası özlərini müasir silahlarla təmin edirdi və bu silahlar yerli adamları darmadağın edirdi. Kiçik elitləri idarə etməyə adət etməklə, xalqın əksəriyyəti onların yeni qubernatorlarını sadə qaydada qəbul edirdi, bu isə Qərb idarəçiliyini nisbətən asanlaşdırırdı. İşğal edilmiş xalqlar nəticədə müxtəlif yollarla əcnəbi idarəçiliyinə uyğunlaşırdı. XIX əsrin başlanğıcından Avropa liderlərinin yeni sinfi meydana çıxdı. Müstəmləkə və hətta Qərb məktəblərində təhsil alan ilk afrikalı nəsil Qərb haqqında çox şeyi bilirdi və öz müstəmləkə ağalarının dilində yazmağı bacarırdı. Baxmayaraq ki, “yeni sinif” Qərb mədəniyyətinin vurğunu idi və hətta öz ölkələrinin yolundan zəhləsi gedirdi, onlardan çoxu əcnəbilərdən və onların müstəmləkə xalqlarına olan lovğa, təhqiramiz münasibətindən narazı qalırdı. Qərblilər demokratiyanı, bərabərliyi və siyasi azadlığı göylərə qaldırırdılar, lakin bu dəyərlər müstəmləkələrdə tətbiq olunmurdu. Az sayda demokratik institutlar var idi və müstəmləkə adamları buradakı bürokratiyada yalnız aşağı işlərdə işləyirdilər. Bərabər qaydada o da mühüm cəhət idi ki, Şərqin iqtisadi inkişafı heç vaxt müstəmləkə ərazilərinə genişlənmirdi. Afrikalıların çoxu üçün müstəmləkəçilik onların ferma torpaqlarının itirilməsi ya da plantasiyalarda dəhşətli iş və ya əcnəbilərin tər tökdürücü emalatxanalarında və fabriklərində çalışmaq idi. 

Yerli sakinlər üzərində avropalıların aliliyi həm də müxtəlif yollarla ifadə olunurdu. Seqreqasiya (qaralardan ayrı) klubları, məktəb və kilsələri yaradılırdı. Bunlar əsasən, avropalı qulluqçuların çoxu arvadlarını buraya gətirdikcə və öz ailələrini böyütdükcə baş verirdi. Avropalılar həm də belə bir adətə malik idilər ki, yerli adamları ancaq birinci adı ilə (soyadına müraciət etmədən) və ya yaşlı kişiləri “oğlan” (boy) deyə çağırırdılar.

Belə şəraitlər yeni şəhərli təhsili görmüş sinfin nümayəndələrinin çoxunu öz müstəmləkə ağaları və onların təmsil etdikləri sivilizasiya barədə çox mürəkkəb hisslərə malik olmalarına gətirib çıxarırdı. Qərb mədəniyyətinin bəzi cəhətlərinin aliliyini qəbul etmələrinə baxmayaraq, bu yeni intellektuallar müstəmləkə idarəçiliyinə hiddətlə nifrət edirdilər və öz millətinin və onun mədəni taleyini qəbul etmək qərarına gəlirdilər. Bu ümidlərin və nifrətin qarışığında Afrikada ilk təşviş doğuran müasir millətçilik meydana gəldi. XX əsrin birinci rübü ərzində Afrikanın hər yerində müstəmləkə cəmiyyətlərində təhsil almış yerli adamlar əcnəbilərin idarəçiliyinin sonunu axtaran siyasi partiyalar və hərəkatlar təşkil etməyə başladılar.

Qərb dövlətləri tərəfindən Çinin alçaldılması əcnəbilər əleyhinə zorakılığa aparıb çıxardı.

Lakin qərblilər çinlilərdən sonrakı konsessiyaları çıxarmaq kimi qanunsuz yollardan istifadə edirdilər. Əcnəbilərə qarşı başlıca partlayış 1900-1902-ci illərdəki Boksçu üsyanı ilə baş verdi. “Boksçu”, Harmoniyalı Yumruq Cəmiyyəti adlanan gizli təşkilatlara mənsub olan çinlilərə verilən populyar ad idi, onların məqsədi əcnəbiləri Çindən çıxarıb atmaq idi. “Boksçu”lar əcnəbi missionerləri, xristianlığa keçmiş çinliləri, dəmiryol işçilərini, əcnəbi iş adamlarını və hətta Pekindəki alman elçisini öldürmüşdülər.

Qətllərə cavab gecikmədən və tarmaredici qaydada gəldi. Britaniya, Fransa, Almaniya, Rusiya, Amerika və Yaponiyanın müttəfiq ordularının hissələri Pekinə hücum edib, qaydanı bərpa etdilər və Çin hökumətindən daha çox konsessiyalar (güzəştlər) tələb etdilər. İmperial hökumət o qədər zəif idi ki, inqilabçı lider Sun Yatsenin (1866-1925-ci illər) qüvvələri onun “millətçilik, demokratiya və sosializm” proqramını qəbul etməklə, 1912-ci ildə Mancu sülaləsini devirdilər. Yeni Çin Respublikası zəif və səmərəsiz olaraq qalırdı.

1850-ci illərin sonu və 1860-cı illərin başlanğıcında elə görünürdü ki, Yaponiya Çinin taleyini təkrar edəcəkdir və təcavüzkar Qərb dövlətlərinin təsir zonalarına qapanıb parçalanacaqdır. Lakin təəccüblü qaydadakı sürətli transformasiya baş verdi. 1869-cu ildən əvvəl qüdrətli hərbi qubernator olan syoqun, samuray adlanan döyüşçü kübarlığın köməyi ilə Yaponiyada real hakimiyyətə sahib idi. İmperatorun fəaliyyəti əsasən dini xarakter daşıyırdı.

(Ardı var)

 





30.05.2016    çap et  çap et