525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1918–ci il. Dünya parlamentlərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında radioqram göndərilib.

1862–ci il. Böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi Mirzə Ələkbər Sabir (1862-1911) anadan olub.

“Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın aparıcı simalarından olan mütəfəkkir şairin “Oxutmuram, əl çəkin”, “Xandostu, amandı qoyma gəldi”, “Əkinçi”, “Fəhlə” və yüzlərlə bu kimi satirik şeiri insanları maariflənməyə sövq edir, savadsızlığa, cəhalətə qarşı mübarizəyə səsləyirdi. Ümumiyyətlə, onun əsərlərinin başlıca mövzusunu mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırış təşkil edib.

Vəfatından bir il sonra, 1912-ci ildə Mirzə Ələkbər Sabirin şeirləri “Hophopnamə” adı ilə çap olunub.

1431-ci il. Fransanın milli qəhrəmanı, Yüzillik müharibə dövründə fransız xalqının ingilislərə qarşı azadlıq mübarizəsində iştirak etmiş və mübarizlik simvoluna çevrilmiş Janna d'Ark cadugərlikdə ittiham olunaraq yandırılıb.

1859-cu il. Britaniyanın fəxri və rəmzi sayılan məşhur Biq Ben saatının zəngi ilk dəfə çalınıb.

1913-cü il. Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriyadan ibarət “Balkan İttifaqı” ilə Osmanlı imperiyası arasında baş verən Birinci Balkan müharibəsi (1912-1913) sona çatıb.
 
Müharibə Osmanlı imperiyasının məğlubiyyəti ilə nəticələnib.

Londonda imzalanan sülh müqaviləsinin şərtlərinə əsasən Osmanlı imperiyası Balkanlarda, Egey dənizindəki torpaqlarının çoxundan əl çəkmək məcburiyyətində qalıb, Albaniya müstəqil knyazlıq elan edilib.

 





30.05.2016    çap et  çap et