525.Az

"DESFA özəlləşməyənədək SOCAR-ın Afina nümayəndəliyi bağlanmayacaq"


 

"DESFA özəlləşməyənədək SOCAR-ın Afina nümayəndəliyi bağlanmayacaq"<b style="color:red"></b>

DESFA-nın özəlləşdirilməsi həllini tapmayınca SOCAR-ın Yunanıstandakı nümayəndəliyi bağlanmayacaq.
 
"APA-Economics" yunan mətbuatına istinadən xəbər verir ki, Yunanıstanın milli qazpaylayıcı operatoru olan DESFA özəlləşəndən sonra Azərbaycan dövlət neft şirkətinin nümayəndəliyinin fəaliyyətinə yenidən baxılacaq.
 
Qeyd edək ki, DESFA-nın SOCAR tərəfindən əldə edilmiş 66% səhmlərinin 17%-ni İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də HRADF DESFA-nın 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.
 
2013-cü ilin dekabr ayında SOCAR ilə HRADF və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

 





30.05.2016    çap et  çap et