525.Az

"Bavariya"dan Levandovskiyə 15 milyon avro


 

"Bavariya"dan Levandovskiyə 15 milyon avro<b style="color:red"></b>

"Bavariya" Avropanın bir çox klubunun hədəfində olan futbolçusu Robert Levandovskini komandada saxlamaq istəyir.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu səbəbdən Münhen təmsilçisi polşalı hücumçuya 5 illik müqavilə təklif edib.
 
R.Levandovski bu təklifi müsbət cavablandıracağı təqdirdə, illik maaşı 9 milyon avrodan 15 milyon avroya yüksələcək. Bununla da onun gəliri mükafatlarla birgə bu məbləği alan Tomas Müllerlə eyni olacaq.

Qeyd edək ki, R.Levandovski ilə "Real" və PSJ maraqlanır.

 





30.05.2016    çap et  çap et