525.Az

"Biz hər cür etnik milliyyətçiliyi ayağımızın altına aldıq"


 

"Biz hər cür etnik milliyyətçiliyi ayağımızın altına aldıq"<b style="color:red"></b>

Baş nazir Rəcəb Tayyib Ərdoğan partiyasının fraksiya toplantısındakı çıxışında etnik milliyyətçiliyə qarşı olduqlarını söyləyib və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalını tənqid edib.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Ərdoğan MHP-ni nəzərdə tutaraq "Milliyyətçilik dövlətin kassasını peşkəş edənlərdən fərqli olaraq kassanı doldurmaqdır. Onlar boşaltdı, biz doldurduq" deyib.

Baş nazir 13 il əvvəl yola çıxarkən etnik, regional və dini milliyyətçiliyə qarşı olduqlarını söylədiklərini bildirib: "Biz kürd milliyyətçiliyini də ayağımızın altina alırıq. Laz, türk, ərəb milliyyətçiliyini də ayaqlarımızın altına alırıq. Hamısını ayaqlarımızın altına alırıq. Çünki dəyərlər sistemi içərisində belə irqə, qovmə əsaslanan milliyyətçilik yoxdur. Bu, şeytandandır".

Ərdoğan terrorla müzakirə aparmadıqlarını və hər hansı güzəştə getmədiklərini söyləyib: "Bizim terror qarşısında geri çəkildiyimizi iddia edənlərə səslənirəm - hansı güzəştə getdiyimizi, hansı geri addımı atdığımızı açıqlamayan namərddir".

 





19.02.2013    çap et  çap et